AZ

Sürücü yuxuladı, avtobus aşdı – 2 ölü, 36 yaralı

Türkiyədə, Ankara-Niğdə magistralında sərnişin avtobusu sürücünün sükan arxasında yatması səbəbindən arxa aşıb.

KONKRET.az xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 36 sərnişin yaralanıb.

“Ankara-Niğdə yolunda sürücünün təqsiri üzündən idarəetməni itirən sərnişin avtobusu dərəyə aşıb”, – deyə yerli media xəbər verir. Avtobus sərnişinlərindən biri qeyd edib ki, sürücü sükan arxasında yuxulayıb.

Onların hamısı yerli sakinlərdir. Əyalət valisi bildirib ki, hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürmə briqadaları gəlib. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq