AZ

Əfsanəvi futbolçunun qəbri görün hara köçürülür

Maradonanın ailəsi onun qalıqlarını prezident sarayındakı xatirə abidəsinə köçürməyi xahiş edir

News365.az    xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərarı əfsanəvi futbolçunun bütün varisləri verib. Beləki, Argentinalı futbolçunun varisləri onun qalıqlarını Buenos-Ayresin mərkəzindəki xatirə abidəsinə köçürmək niyyətindədirlər.

Dieqo Maradonanın övladları “Nömrə 10”-un cəsədinin qalıqlarının yerləşdiyi “Jardin de Bella Vista” şəxsi qəbiristanlığından ulduzun şərəfinə xüsusi olaraq tikilmiş və Puertoda yerləşən memorial əraziyə köçürülməsinə icazə istəyiblər. Xatırladaq ki, Madero Argentina Prezidentinin iqamətgahının - Casa Rosadadan bir neçə metr aralıdadır.

Medianın məlumatına görə, qərar “bütün varislər tərəfindən ümumi razılıq əsasında” Maradonanın cəsədi ilə bağlı araşdırmalar başa çatdıqdan sonra verilib.

Dieqo Armando Maradona 2020-ci il noyabrın 25-də qəfil ürək dayanması səbəbindən vəfat edib. Ölümdən sonrakı müayinə kəskin ağciyər ödeminin ölümlə nəticələndiyini göstərdi. Polis şəxsi həkimi, eləcə də Maradonanın öldüyü gün növbətçi tibb bacısını səhlənkarlıqda şübhəli bilib və araşdırmaya başlayıb.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla