AZ

'Nəvəm xəstədir, həkim deyir ki, bilmirəm dərdi nədir" - ŞİKAYƏT+VİDEO

'Nəvəm xəstədir, həkim deyir ki, bilmirəm dərdi nədir" - ŞİKAYƏT+VİDEO

Ucar sakini rayon xəstəxanasından şikayətçidir. Rayon sakini Samir Allahverdiyev 5 aylıq qız nəvəsi Dərya Əhmədovaya xəstəxanada düzgün diaqnoz qoyulmadığını deyir.

Sonxeber.az xəbər verir ki, rayon sakini məsələ ilə bağlı "Apa TV"yə açıqlama verib. O bildirib ki, uşağı təyin Mərkəzi Xəstəxanasına aparıb. Uşaq bir neçə ay xəstəxanada müalicə aldıqdan sonra xəstəni Bakıdakı xəstəxanalardan birinə göndərib. Həmin xəstəxanada Dəryanın düzgün müalicə edilmədiyi məlum olub.

"10-15 gün bundan qabaq uşaq soyuqdəymədən ağlayırdı. Uşağı xəstəxanaya apardım. Onu 3 gün saxladılar. Uşağa sistemdən başqa heç bir şey etmədilər. 3 gündən sonra səsimizi qaldırdıqdan sonra Bakıya göndərdilər. Bakıya gedən zaman dediklər ki, uşaq düzgün müalicə olunmayıb. Bakıda sistemləri və dərmanları yenidən vurdular. Onların bir dənə bildikləri şey sistemdir".

Vətəndaş bildirib ki, uşağı həkimə aparmaq üçün güclə pul tapıb. Bakıda və Ucarda aparılan müalicələr isə bir nəticə verməyib:

"Evdə nə pensiya alan var, nə başqa bir şey. Səidə həkim deyir ki, bilmirəm dərdi nədir. Ucarda həkim yoxdur və xəstəyə baxmırlar ".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla