AZ

Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum hava şarını vurublar

Cənubi Koreya hərbçiləri obyekt faktiki dəniz sərhədini keçdikdən sonra Sarı dənizdə naməlum hava şarını vurublar.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, uçan obyektin ölçüsü 2 m-ə qədər olub, onun mühərriki olmayıb.

Qeyd olunur ki, Cənubi Koreya tərəfi obyekti vurmaq üçün “KA-1” təyyarəsini havaya qaldırıb.

Lakin vurulduqdan sonra dənizə düşən obyekti tapmaq mümkün olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
31
Mənbələr
Şərh ()
Bağla