AZ

Polşada nasistlərin saldığı yeni məzarlıq aşkar edildi

Polşadakı keçmiş nasist hərbi bazasında arxeoloqlar əlləri və ayaqları olmayan 5 nəfərin skeletini aşkar ediblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qalıqlar fevralın 24-də Gierlozda (Polşanın şimal-şərqində) “Qurd yuvası” kimi tanınan nasist komandanlıq mərkəzində tapılıb. Bir qrup arxeoloq qazıntılar zamanı insan kəlləsinin parçasını aşkar edib. Məhz bundan sonra yerli hakimiyyət növbəti qazıntıların aparılması barədə qərar qəbul edib.

Polşanın Qdansk şəhərində yerləşən tarixi təşkilat olan Latebra Fondu bildirib ki, qalıqlar üç böyük, bir yeniyetmə və bir körpəyə məxsusdur.

Beş cəsəd bir-birinin yanında basdırılıb. Məlumatda deyilir ki, qazıntılar İkinci Dünya Müharibəsinin ən nüfuzlu nasist liderlərindən birinə çevrilmiş və Adolf Hitlerin yaxın dostu olan nasist komandiri Hermann Görinqin evinin yaxınlığında aparılıb.

Fond polisin qalıqlarla bağlı araşdırmasının nəticələrini gözləyir, lakin bir çox suallar hələ də cavabsız qalıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla