AZ

Rusiyada ilk dəfə olaraq qızıl velosiped hazırlandı – FOTO

Rusiyada müəyyən hissələri qızıldan ibarət olan elektrikli velosiped istehsal edilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, velosipedin qiyməti 44 min dollar civarındadır.

Rusiyanın eksklüziv elektronika və aksessuarlar istehsalçısı “Caviar” şirkəti bir sıra hissələri 18 karatlıq qızıldan hazırlanmış “Hersog” elektrik velosipedini təqdim edib. İki təkərli “at” 25 km/saat sürət yığa bilir. Belə bir velosipedin hazırlanması üçün 4 aya qədər vaxt tələb olunur.

Qızıl velosiped üçün əvvəlcədən sifarişlər var. Sifariş edənlər məhsulu gələn ilin əvvəlində əldə edə biləcəklər.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla