AZ

75 min il əvvəl yaşamış neandertal qadının real təsviri yaradıldı – FOTO

Alimlər 75 min il əvvəl yaşamış neandertal qadının xarici görünüşünü bərpa edə biliblər.

KONKRET.az xəbər verir ki, yeni təsvir kəllə sümüyünün yastı, əzilmiş qalıqlarına əsaslanır.

Tədqiqatçılar sümük parçalarını bir yerə yığmadan prosesi icra etməyi düşünüblər. Ona görə də ekspert paleo-rəssamlar 3D modelini yaratmağa müvəffəq olublar.

“BBC Studios”un Netflix üçün çəkdiyi “Neandertalların sirləri” adlı sənədli filmdə foto-təsvir nümayiş olunub.

Modelin əsaslandığı kəllə İraq Kürdüstanındakı Şanidar mağarasında tapılıb. 1950-ci illərdə burada ən azı 10 Neandertal kişi, qadın və uşağın qalıqları tapılıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla