AZ

“Əslində Ermənistanın Azərbaycana təhvil-təslim prosesi gedir”

“Cəmiyyət çox aydın başa düşməlidir ki, Tavuşda başlayan proses təkcə bu bölgədə bitməyəcək. Bu, Ermənistanın düşmən tərəfindən mənimsənilməsinin uzun bir prosesidir. Ona görə də bəzi siyasi qüvvələr hesab edirlər ki, hakimiyyəti ələ keçirməyin vaxtı deyil. Yəni Paşinyan özü insafa gəlib bu hakimiyyəti təhvil verməlidir. Lakin qoy xalqımız bilsin ki, bu təhvil-təslim prosesi dayanmayacaq, düşmənin başlatdığı bu proses Ermənistan sadəcə mövcud olmayanda bitəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “DS-EY Consulting Group” şirkətinin baş direktoru Davit Ananyan vurğulayıb.

“Bizim öz imkanlarımızla barışıq əldə etmək və ya döyüşmək potensialımız var, lakin müxalifət yükün altına girmək istəmir, bu da düşmənlə müəyyən gərginlik yarada bilər, halbuki biz sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq”, – deyə Ananyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan bu hökuməti Rusiyanı rədd etməklə türk qütbünü seçdi.

“Hesab edirəm ki, real rəhbərlik yoxdur, çünki insanlar məsuliyyəti öz üzərinə götürmək istəmir, çünki bizdə dövlətçilik rəmzləri var, amma dövlətçiliyimiz yoxdur. Buna görə də kilsə bu gün çox düzgün addımlar atır. Ardıcıl hərəkətləri olan dövlətçi bir addımdır. Ruhani təbəqə siyasi hakimiyyəti ələ almağa can atmır, xalqı birləşdirməyi özünə borc bilir və bəyan edir ki, ayağa qalxmaq, dövlətçiliyimizi qorumaq lazımdır. Bu hökumət kilsədən qorxur və onu pisləməyə çalışır”, – deyə Ananyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla