AZ

Rusiya hərbçiləri Nigerdə ​​ABŞ qoşunlarının bazasına daxil olub

Rusiya hərbçiləri Nigerdə ​​ABŞ hərbçilərinin yerləşdiyi hava bazasına daxil olublar.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqondakı mənbələr məlumat verib.

“Rusiya hərbçiləri Amerika hərbçilərinin yerləşdiyi Nigerdəki 101-ci aviabazanın ərazisində məskunlaşıblar”, – Reuters mənbələrdən məlumat verir. Jurnalistlərin sözlərinə görə, ABŞ Nigeriya hakimiyyətinə bildirib ki, onların hərbi personalı Rusiya hərbçiləri ilə eyni ərazidə ola bilməz. Məlumdur ki, ruslar hazırda aviabazada ayrıca anqardan istifadə edirlər.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla