AZ

Tbilisidə polis kütləvi həbslərə başladı

Polis Tbilisinin mərkəzində, Qəhrəmanlar meydanında “xarici agentlər” qanununa qarşı nümayiş zamanı kütləvi həbslərə başlayıb.

Publika.az "NewsGeorgia"ya istinadla xəbər verir ki, əksəriyyəti tələbələrdən ibarət onlarla insan yolu bağlayıb.

Bildirilib ki, etirazçılar bir saatdan çox nəqliyyatın qarşısını kəsiblər. Sonra polis yolun təmizlənməsini tələb edib və etirazçıları zorla aparmağa başlayıb. Altı nəfər həbs edilib.

Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqə qatılan böyük bir qrup hazırda etirazçılara qoşulmaq üçün Qəhrəmanlar meydanına doğru hərəkət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
1
Mənbələr
Şərh ()
Bağla