AZ

Qurban Qurbanovun adı 2 tanınmış klubun "short-list"ində - Menecer AÇIQLADI

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.

Sportinfo.az bu barədə offsideplus.az-a istinadən bildirir.

Xəbərdə qeyd olunur ki, "köhlən atlar"ın həm futbolçularına, həm də baş məşqçisi Qurban Qurbanova böyük maraq var. Tanınmış çalışdırıcı ilə 2 klub yaxından maraqlanır. Agent Emil Şükürov deyib:

"Qurban Qurbanovun adı 2 klubun "short-list"ində yer alıb. Söhbət "Beşiktaş" və "Spartak"dan gedir.

İstanbul təmsilçisi artıq mütəxəssislə təmasa keçib. Moskva klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.

"Spartak"ın sponsoru Vahid Ələkbərovun Qurban Qurbanovun namizədliyinə isti yanaşdığı bildirilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla