AZ

Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa-Buzovna şossesində qeydə alınıb.

1973-cü il təvəllüdlü Şirinova Kəmalə Şəfaqət qızı yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı şok vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla