AZ

“Reuters” ingilis nazirin müsahibəsini niyə silib? – Sensasion səbəb

Dünyanın nüfuzlu “Reuters” agentliyi Britaniyanın xarici işlər naziri Devid Kemeronla müsahibəni yayımladıqdan cəmi iki saat sonra silib.

Globalinfo.az xəbər verir ki, buna səbəb Kemeronun işlətdiyi ifadələr olub.

Belə ki, Devid Kemeron bəyan edib ki, Ukrayna ordusu Britaniya silahlarının köməyi ilə Rusiya ərazisinə zərbə endirmək hüququna malikdir. İctimai etirazdan sonra müsahibə yenidən redaktə olunmaq bəhanəsi ilə silinib.

Baş verənləri şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kemeronun bu sözləri həqiqətən dediyinə əmin olduğunu bildirib. O, bu addımı “sırf ingilis cinayəti” adlandırıb. Zaxarova Britaniyanın “Reuters”i qurban verdiyini diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla