AZ

“Bolivar”, “Atletiko Mineyro” və “River Pleyt” yenə büdrəmədi

Əsas mərhələsinə aprelin 2-də start verilən Libertadores Kubokunun (LK) qrup turnirinin yarısı arxada qalıb.

“Football-plus.az” xəbər verir ki, Aprelin 23-25-i aralığında bu mərhələnin 3-cü turunun oyunları keçirildi.

Cənubi Amerikanın ən nüfuzlu klub turnirinin son qalibi yeni mövsümdə statusunu hələ ki çətinliklə qoruyur. A qrupunda yarışan “Fluminense” mövsümə Peruda “Alyansa Lima” ilə 1:1 hesablı heç-heçə ilə start verəndən sonra 2-ci turun ev oyununda “Kolo Kolo”ya 2:1 hesabı ilə qalib gələrək liderliyi ələ keçirmişdi. Fernando Dinizin komandası bu dəfə “Serro Portenyo” ilə Paraqvayda qolsuz heç-heçəyə razılaşdı. Qrupun digər matçında da hesab açılmadığından “Fluminense” 5 xalla liderliyi qorudu.

Hesabat turunda qeydə alınan nəticələrdən sonra yalnız 3 komandanın ilk üç oyuna maksimum xal qazandığı məlum oldu. Belə nəticə göstərənlər E qrupunda “Bolivar” (Boliviya), G qrupunda “Atletiko Mineyro” (Braziliya) və H qrupunda yarışan “River Pleyt”di (Argentina). Əlbəttə, “Bolivar”ın hələ də xal itirməməsi yeni mövsümün sürprizi sayıla bilər. Boliviya klubu hesabat turunda E qrupunun favoriti sayılan “Flamenqo”ya evdə 2:1 hesabıyla qalib gəldi. Braziliya nəhəngi məğlubiyyətə baxmayaraq, 2-ci yerdə qaldı. G qrupunun favoriti “Atletiko Mineyro” Braziliyada “Penyarol”u 3:2 hesabı ilə məğlub edərək liderliyini qorudu. “River Pleyt” isə Paraqvayda “Libertad”a 2:1 hesabıyla üstün gələrək favorit statusunu doğrultdu.

Mövsümə zəif başlayan “Qremio” ilə “Botafoqo”nun (Rio de Janeyro) ilk iki turda xal qazana bilməməsi diqqəti cəlb edən göstəricilər sırasında idi. Braziliya təmsilçiləri son turda azarkeşlərini qələbə ilə ümidləndirdilər. “Qremio” Argentinada “Estudiantes”i 1:0, “Botafoqo” isə evdə “Universitario”nu 3:1 hesabı ilə məğlub etdi.

qrup mərhələsi, 3-cü tur
A qrupu
Serro Portenyo (Paraqvay) - Fluminense (Braziliya) 0:0
Kolo Kolo (Çili) - Alyansa Lima (Peru) 0:0

1. Fluminense 3 1 2 0 3-2 5
2. Kolo Kolo 3 1 1 1 2-2 4
3. Serro Portenyo 3 1 1 1 1-1 4
4. Alyansa Lima 3 0 2 1 1-2 2

B qrupu
Kobresal (Çili) - Talyeres de Kordoba (Argentina) 0:2
Mantilya, 19. R.Sosa, 28.
Barselona (Ekvador) - San Paulu (Braziliya) 0:2
Kalyeri, 17. Alisson, 64.

1. Talyeres de Kordoba 3 2 1 0 6-3 7
2. San Paulu 3 2 0 1 5-2 6
3. Barselona 3 0 2 1 3-5 2
4. Kobresal 3 0 1 2 1-5 1

C qrupu
Uaçipato (Çili) - Stronqest (Boliviya) 0:0
Estudiantes (Argentina) - Qremio (Braziliya) 0:1
Natan Fernandes, 75.

1. Uaçipato 3 1 2 0 3-1 5
2. Stronqest 3 1 1 1 3-2 4
3. Estudiantes 3 1 1 1 3-3 4
4. Qremio 3 1 0 2 1-4 3

D qrupu
Xunior (Kolumbiya) - LDU Kito (Ekvador) 1:1
Bakka, 12-p. – Arse, 45-p.
Botafoqo (Rio de Janeyro, Braziliya) - Universitario (Peru) 3:1
Eduardo, 47; 90+2. Luis Enrike, 57 – Olivares, 90+4.

1. Xunior 3 1 2 0 5-3 5
2. LDU Kito 3 1 1 1 3-3 4
3. Universitario 3 1 1 1 4-5 4
4. Botafoqo RJ 3 1 0 2 4-5 3

E qrupu
Bolivar (Boliviya) - Flamenqo (Braziliya) 2:1
Fransisko da Kosta, 2. Bruno Savio, 62 – Vinya, 5.
Palestino (Çili) - Milyonarios (Kolumbiya) 3:1
Çamorro, 19; 42. Vexar, 75 - L.Kastro, 32.

1. Bolivar 3 3 0 0 9-3 9
2. Flamenqo 3 1 1 1 4-3 4
3. Palestino 3 1 0 2 3-7 3
4. Milyonarios 3 0 1 2 4-7 1

F qrupu
İndependyente del Valye (Ekvador) - Palmeyras (Braziliya) 2:3
Paes, 12. Oyos, 38 – Endrik, 45+2. Lazaro, 81. Luis Gilyerme, 90+5.
Liverpul (Uruqvay) - San Lorenso (Argentina) 1:0
Nikola, 90+5.

1. Palmeyras 3 2 1 0 7-4 7
2. İndependyente del Valye 3 1 1 1 5-4 4
3. Liverpul 3 1 1 1 3-4 4
4. San Lorenso 3 0 1 2 1-4 1

G qrupu
Atletiko Mineyro (Braziliya) - Penyarol (Uruqvay) 3:2
Qustavo Skarpa, 15; 57. Paulinyo, 26 – Olivera, 60. Silvera, 68.
Karakas (Venesuela) - Rosario Sentral (Argentina) 1:1
Pernya, 25 – Modika, 67.

1. Atletiko Mineyro 3 3 0 0 9-4 9
2. Rosario Sentral 3 1 1 1 3-3 4
3. Penyarol 3 1 0 2 7-4 3
4. Karakas 3 0 1 2 2-10 1

H qrupu
Libertad (Paraqvay) - River Pleyt (Argentina) 1:2
Espinosa, 40 – Solari, 34. Mastantuono, 80.
Nasyonal (Uruqvay) - Deportivo Taçira (Venesuela) 2:1
A.Kastro, 14. Rekoba, 21 – Ruis Dias, 30.

1. River Pleyt 3 3 0 0 6-1 9
2. Nasyonal 3 2 0 1 4-3 6
3. Libertad 3 1 0 2 4-4 3
4. Deportivo Taçira 3 0 0 3 1-7 0
Bombardirlər: Fransisko da Kosta (Bolivar), Paulinyo (Atletiko Mineyro), Silvera (Penyarol) - 4.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla