AZ

Atəşkəs böhranı: “Həmas təklifi mənfi qiymətləndirir”

Qəzzada həyatını itirən fələstinlilərin sayı 35 minə yaxınlaşıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, HƏMAS-ın atəşkəs və girovların azad edilməsi planına reaksiyasının “mənfi” olduğu, lakin danışıqların davam etdiyi iddia edilir.

AFP-yə danışan Suheyl əl-Hindi qrupun məqsədinin "bu müharibəyə son qoymaq" olduğunu bildirib.

Xəbərə görə, HƏMAS-ın İsrail əsgərlərinin Qəzzadan tamamilə geri çəkilməsini istədiyi, daha sonra bölgədə uzunmüddətli yenidənqurma proqramının həyata keçirilməsini və bu müddət ərzində heç bir hərbi obyektin yenidən tikilməməsini təklif etdiyi görünür.

Bu vəziyyət, razılaşmanın nəticəsindən asılı olmayaraq, İsrailin Rəfaha qarşı quru əməliyyatına başlayacağına işarə edən İsrailin baş naziri Benyamin Netanyahunun açıqladığı hədəflərə zidd olsa da, HƏMAS-ın bu plana bu gün cavab verməsi gözlənilir.

İsrail HƏMAS döyüşçülərinin yerləşdirildiyini iddia edərək, Rəfahda quru əməliyyatına başlamaq üçün hazırlıqlarını tamamlayıb.

Xatırladaq ki, Netanyahu ötən gün verdiyi açıqlamada “Rəfaha girəcəyik və oradakı HƏMAS batalyonlarını razılaşmalı və ya razılaşmadan məhv edəcəyik” deyib.

Günel Məlikzadə

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla