AZ

Boşanma mərhələsindəki arvadını öldürdü

İstanbulda daha bir qadın qətlə yetirilib.

News24.az xəbər verir ki, hadisə yerinə gedən polis Hivda Təməli (36) evinin qapısı qarşısında boğularaq öldürülmüş vəziyyətdə tapıb.

Cinayət Bürosu qruplarının başlatdığı araşdırmada Hivda Təməlin bir neçə aydır uşaqları və boşanma mərhələsində olan ərindən ayrı yaşadığı müəyyən edilib.

QORXDUQLARINA GÖRƏ QAPINI AÇMADILAR

Polislər gənc qadının səhər işə getmək üçün evdən çıxdığını və qapıda rastlaşdığı əri ilə mübahisə etdiyini müəyyən edib.

Evdəki uşaqların mübahisəni eşitdikləri, lakin qorxularından qapını açmadıqları və əmilərinə zəng edərək hadisə barədə məlumat verdikləri də öyrənilib.

ŞİZOFRENİYA XƏSTƏSİ

Polisin apardığı işlər nəticəsində şübhəli Mehmet Temel tutulub. O, polis sorğusu zamanı cinayətini etiraf edib.

Mehmet Temelin övladlarının atalarının şizofreniya xəstəsi olduğunu bildiklərini, müalicə aldığını, son vaxtlar dərmanlarını qəbul etmədiyini dedikləri öyrənilib.

Prosedurları tamamlanaraq şübhəli həbsxanaya göndərilib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla