AZ

Məmmədovlar Pardubitsada ənənəvi şahmat festivalında iştirak edirlər

Bakı, 21 iyul (AZƏRTAC). Çexiyanın Pardubitsa şəhərində ənənəvi 25-ci “Czech Open” festivalı çərçivəsində bir neçə yarış, o cümlədən qrossmeysterlər arasında açıq “A” turniri start götürmüşdür. Bu turnirdə Azərbaycan idmanının şərəfini bacı-qardaş Nərmin və Zaur Məmmədovlar qoruyurlar.

AZƏRTAC xəbər verir ki, “A” turnirində 255 şahmatçı, o cümlədən 36 qrossmeyster iştirak edir.

Perdubitsa turnirinin üç turundan sonra hərəyə 3 xal toplayan Prasad Arun (Hindistan), Riçard Biolek, Aleksey Kislinski (hər ikisi Çexiya) və Lorin DˈKosta liderlik edirlər. 39 şahmatçı, o cümlədən beynəlxalq usta Zaur Məmmədov yarım xal geri qalır. N.Məmmədovanın aktivində 1,5 xal var.

N.Məmmədova (2019) dördüncü turda qara fiqurlarla Slovakiyadan Vladimir Jako, qardaşı isə (2441) ağ fiqurlarla Rumıniya qrossmeysteri Levente Vajda (2569) ilə oynayacaqlar.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla