AZ

Azərbaycan güləşçisi Teymur Məmmədov dünya çempionudur

Bakı, 21 iyul (AZƏRTAC). Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb.

Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində yeniyetmə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, güləşçilərimiz yarışın son gününü 1 qızıl medalla başa vurublar.

Sərbəst güləş yarışlarının ilk günündə isə güləşçilərimiz 1 qızıl və 2 gümüş medal qazanıblar. Komanda hesabında yığmamız dünya çempionatını 5-ci sırada tamamlayıb.

Çempionatda 63 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Belarus, Qazaxıstan, Yaponiya və Hindistan güləşçilərini mübarizədən kənarlaşdıran Teymur Məmmədov finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə şans verməyən Teymur Məmmədov növbəti qələbəsini qazanmaqla dünya çempionu adına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla