AZ

İyulun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

 

havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 28-33°isti, Bakıda gecə 22-24°, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında

əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözənilir.

Temperatur gecə 17-22°, gündüz 31-36° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,

həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözənilir.

Temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaq.

 

Qazax, Gəncə, Goranboy,

Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözənilir.

Temperatur gecə 19-24°, gündüz 29-34° isti olacaq.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,

İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz və Qusar rayonlarında

əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözənilir.

Temperatur gecə 16-21°, gündüz 26-31° isti olacaq.

 

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,

İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında

hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 20-25°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,

Lerik, Lənkəran və Astara rayonlarında

gün ərzində hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 20-25°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

İyulun 24-dək Abşeron yarımadasında havanın iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla