AZ

"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon

"ABŞ təkcə vəziyyəti izləmir, həm də regionda öz müttəfiqləri ilə qarşılıqlı əlaqəni gücləndirir..."
 
"Vaşinqton Ukraynaya döyüş meydanında zəruri olan vasitələri tədarük edir, eyni zamanda Rusiyaya müharibədə kömək edənlərə qarşı sanksiyalar tətbiq edir..."
 
Birləşmiş Ştatlar Rusiyanın İran və Şimali Koreya ilə əməkdaşlığı ətrafında vəziyyəti diqqətlə izləyir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Penraqon spikerinin müavini Sabrina Sinqx brifinq zamanı deyib. Məlumatı "comments.ua" nəşri yayıb.
 
O, qeyd edib ki, Vaşinqton digər ölkələrin Rusiyanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə laqeyd qalmayacaq.
 
"Biz Rusiya, KXDR və İran arasında münasibətlərin Rusiyanı Ukraynada döyüş meydanında qidalandıran dərinləşməsindən narahatıq, çünki Rusiya qanunsuz müharibə aparmaqda və çoxsaylı günahsız ukraynalıları öldürməkdə davam edir", - o, deyib.
 
Pentaqon nümayəndəsi vurğulayıb ki, ABŞ təkcə vəziyyəti izləmir, həm də regionda öz müttəfiqləri ilə qarşılıqlı əlaqəni gücləndirir.
 
Bundan başqa, Vaşinqton Ukraynaya döyüş meydanında zəruri olan vasitələri tədarük etməkdə davam edir, habelə Rusiyaya müharibədə kömək edənlərə qarşı sanksiyalar tətbiq edir.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmək üçün muzdluları cəlb edib-etməməsi ilə bağlı suala cavabında Sabrina Sinqx vurğulayıb ki, belə məlumatlardan xəbərsizdir, lakin "biz dəqiq bilirik ki, KXDR Rusiyaya Ukraynaya qarşı müharibədə dəstək verməyə hazırdır və İranla birlikdə Rusiyaya dəstək verən ölkələrdən biridir".
 
Rusiya Federasiyasının İran və KXDR ilə əməkdaşlığı
 
Məlum olduğu kimi, İran Ukraynaya qarşı qəsbkarlıq müharibəsi üçün Rusiyaya silah tədarük edir.
 
O cümlədən İran istehsalı olan dronlar az qala hər gecə Ukrayna şəhərlərinə hücum edir. Söhbət Rusiyanın fəal surətdə istifadə etdiyi "Shahed" dronlarından gedir.
 
Bundan başqa, Strateji kommunikasiyalar və informasiya təhlükəsizliyi Mərkəzi məlumat verib ki, Rusiya KXDR raketlərini İran üçün "Shahed"lərdə olduğu kimi Ukraynada sınaqdan keçirir.
 
Qeyd edilir ki, Şimali Koreyanın "Hwasong-11" ballistik raketi ilə Rusiya qoşunları 2024-cü il yanvarın 2-də  Xarkova hücum edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla