AZ

Etirazçılar Tbilisidə bəzi yolları bağladı

tbilisidə
“Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edənlər Tbilisinin Qəhrəmanlar meydanında yolları tamamilə bağlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat yayıb.
Bildirilir ki, nümayişçilər meydanı əhatə edən magistral yol keçidinin bütün keçidlərində mövqe tutublar. Avtomobillərin hərəkəti tamamilə dayandırılıb. Patrul polisləri hadisə yerində olsalar da, aksiyaçılara müdaxilə etmirlər.
Qeyd edək ki, nümayişçilər axşam saatlarında Qəhrəmanlar Meydanına toplaşmağa başlayıblar. Onların sayı az olduğu üçün polis onlara yolları bağlamaq imkanı verməyib, həbslər başlayıb. Daha sonra parlamentin yaxınlığındakı Rustaveli prospektində yığışan etirazçılar həmfikirlərinə kömək etmək üçün Qəhrəmanlar meydanına gedmək qərarına gəliblər.
Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Bu zaman, qanunverici orqanın divarları qarşısında bir neçə min insan onun qəbul edilməsinə etiraz edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
45
Mənbələr
Şərh ()
Bağla