AZ

“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb

“Qalatasaray” “Barselona” klubunun ulduz futbolçusu ilə şəxsi razılığa gəlib.

Məlumata görə, mövsüm sonunda “kataloniyalılar”la yolları ayırmağı planlaşdıran İlkay Gündoğan Türkiyə nəhəngi ilə razılıq əldə edib.

“Qalatasaray” rəsmiləri əslən Türkiyədən olan futbolçu ilə müqavilənin şərtləri barədə danışıqlara başlayıblar.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm “Barselona” forması ilə çıxdığı 45 görüşdə beş qol, 12 assistlə yadda qalıb.

Mənbə: Aspor.com.tr

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
47
Mənbələr
Şərh ()
Bağla