AZ

Netanyahunun kortejinə hücum cəhdi…

Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahunun kortejinə hücum cəhdi olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail polisi məlumat yayıb.

 

Qeyd olunub ki, hücumda şübhəli bilinən 58 yaşlı şəxs saxlanılıb. O, nəqliyyatın hərəkətinə mane olub.

 

Dindirilməyə göndərilən şəxs barədə təfərrüat açıqlanmayıb.

 

Yalnız o bildirilib ki, həmin şəxs maşının şüşəsini açıb və əlini qaldıraraq qışqırıb: “Rəhbər sənsən, sən günahkarsan, məsuliyyəti üzərinə götür!”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
20
Mənbələr
Şərh ()
Bağla