AZ

Basketbol: “Xırdalan” sürprizə imza atdı, yarımfinala çıxdı

Bu gün – mayın 2-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.

Arena.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsində “Neftçi” və “Xırdalan” komandaları arasında seriyanın ikinci oyunu çox gərgin keçib.

Oyunun sonlarında Cakori Arçinin qazandığı kritik xallarla üstünlüyü ələ keçirmiş “Xırdalan” 76:73 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə “Xırdalan” seriyada 2:0 hesablı qələbə qazanaraq, yarımfinalda “Sabah”ın rəqibi olub.

Qalib komandanın ən məhsuldar basketbolçusu Teyvion Körk olub – 25 xal, 15 ribaund. “Neftçi”də isə Ceyms Haforn fərqlənib – 17 xal, 12 ribaund.

1/4 finalın digər oyunu “Xəzri” və “Sərhədçi” arasında baş tutub. Bu komandaların ilk oyununda “Xəzri” qalib gəlib. Sabah keçiriləcək ikinci oyunda da bu komanda qələbə qazansa, yarımfinalda “NTD-İndiqo” ilə üz-üzə gəlmək hüququ əldə edəcək.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yarımfinal seriyasında ilk oyun mayın 7-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla