AZ

Fələstin bayraqları ilə "Eurovision"a giriş qadağan edilib

Avropa Yayım Birliyi mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Fələstin bayrağı ilə qonaqların içəri buraxılmayacağını açıqlayıb.Avropa Yayım Birliyi (EBU) tərəfindən edilən açıqlamada mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlərin qarşısı alınacaq.İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirakına Malmödə etiraz ediləcəyi bildirilib.Açıqlamada “Soyqırımsız Mahnı Yarışması” adı altında keçirilən etiraz aksiyasında yerli sənətçilərin də çıxış edəcəyi qeyd edilib.İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib.Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla