AZ

Minlərlə insan Parlamentə hücum edib: Gürcüstanda etiraz aksiyaları güclənib

Gürcüstanda etirazlar davam edir. Etirazçılar təhlükəsizlik qüvvələrinin onlara qarşı rezin güllələrdən istifadə etdiyini bildirirlər.


Sfera.az biildirir ki, mayın 1-də Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu ikinci oxunuşda təsdiqləyib. Səsvermə qanun layihəsini Rusiya qanunvericiliyinin oxşarı hesab edən gürcülərin kütləvi etirazları ilə qarşılanıb.

 

Tbilisidəki mitinqlərə minlərlə insan çıxıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından, həmçinin rezin güllələrdən istifadə edib. Artıq görüntülər internetdə yayılıb. İnsanların bəzilərinə ilkin tibbi yardımı digər nümayişçilər, bəzilərinə isə təcili yardım həkimləri göstərir. Mitinqdə “Rusiya yox”, “ruslar”, “qullar” şüarları səsləndirilir. 


Zəruri olduğu halda istifadəsinin hüquqi əsası olmasına baxmayaraq, Gürcüstan Daxili İşlər Nazirliyi rezin güllələrdən istifadə etməsni inkar edir. Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, nümayişçilər qanunvericilik binasına soxulmağa cəhd ediblər. Təhlükəsizlik qüvvələri onlara qarşı xüsusi vasitələrdən - su şırnaqlarından, gözyaşardıcı qazdan və bibər qazından istifadə edir. Onun sözlərinə görə, mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı müəyyən boğucu maddələr və qazlar atılıb.

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sərəncamına əsasən, yerli vaxtla mayın 1-i saat 23:00-dan etibarən qanunverici orqanda təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
48
Mənbələr
Şərh ()
Bağla