AZ

İsrail rəsmiləri Ərdoğanı ticarətin dayandırılması ilə bağlı razılaşmaları pozmaqda ittiham ediblər

İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ticarətin dayanması səbəbindən razılaşmaları pozmaqda ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.

“Ərdoğan İsrailin idxal və ixrac limanlarını bağlamaqla razılaşmaları pozur”.

Katz İsrail iqtisadiyyatının Türkiyəni mütləq əvəzləyəcəyini vurğulayıb və Türkiyə ilə ticarətə alternativlər yaratmaq üçün hökumətdəki bütün əlaqədar tərəflərlə dərhal qarşılıqlı əlaqə qurmağı əmr edib.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla