AZ

Gəncədə məktəbli bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S.İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.

Mənbə: oxu.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
19
Mənbələr
Şərh ()
Bağla