AZ

Gəncədə yaşlı kişilər yeyib-içdilər, gecəyarısı isə... — MƏHKƏMƏ

Gəncə şəhərində 1960-cı il təvəllüdlü Oqtay tanışı, 1959-cu il təvəllüdlü Aydını (adlar şərti göstərilib – red.) qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Oqtay tanışı Aydının yaşadığı ünvanına gedib, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə görüşüb. Onlar bir qədər söhbət etdikdən sonra şam etmək qərarına gəldiklərinə görə birlikdə yaxınlıqdakı “Delfin” marketdən bir ədəd spirtli içki olan “Dubrovka” araq və bir ədəd “Əfsanə” pivəsi alaraq, həmin ünvandakı evin yardımçı tikilidə içiblər. 

Oqtay alkoqol sərxoşluğu vəziyyətinə düşdükdən sonra Aydınla passiv vəziyyətdə sonuncunun öz razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan sonra gecə saat 4 radələrində Aydının da təkrarən öz növbəsində aktiv vəziyyətdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq barədə təklifini qəbul etməyib.

Buna görə, aralarında yaranmış səs-küyə başqa şəxslərin də gələ biləcəyini, eləcə də intim münasibətlərinin olması ilə bağlı söhbətlərin yaranmasından ehtiyat etməsini bildirməsinə baxmayaraq, Aydının təkidlə onunla qeyri təbii yolla cinsi əlaqədə olmaq istəməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu qəsdən öldürmək qərarına gəlib. 

Oqtay bıçaqla Aydının insan həyatı üçün vacib orqanların yerləşdiyi sinə nahiyəsindən zərbələr vurub. Aydın aldığı zərbələrdən vəfat edib.

Hadisəni törədən Oqtayın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Oqtay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Aydın ona zəng vurub, onunla görüşmək istədiyini bildirib və öz yaşadığı evə dəvət edib: “Saat 19-20 radələrində Aydının yaşadığı evə getdim və onunla görüşdüm. Aydınla bir qədər araq içdikdən sonra ona içkinin az qaldığını və gedib əlavə araq almaq lazım olduğunu dedim. Birlikdə evdən çıxaraq marketə getdik. Evdən çıxanda Aydın yaxınlıqda yaşayan qonşunu söydü. Mən onu sakitləşdirdim. Sonra marketə getdik. Marketdən bir ədəd 0,5 litrlik “Dubrovka” arağı və bir ədəd 0,5 litrlik “Əfsanə” pivəsi aldıq. Aldığımız içkilərin pullarını kassaya Aydın ödədi. Sonra birlikdə Aydıngilə qayıdaraq yeyib-içməyə davam etdik. Yeyib-içəndən sonra Aydın mənimlə cinsi əlaqədə olmaq istədi. Mənim başımdan, boynumdan öpməyə başladı. Mən buna etiraz etdiyim vaxt Aydın boğazımdan tutaraq yatağa tərəf çəkdi. Birbirlikdə yatağa yıxıldıq. Bundan sonra yataqdan qalxaraq getmək istədim. Aydın məndən cəld tərpənərək masanın üzərində olan bıçağı götürdü və qapının ağzında dayanaraq “sən mənim əlimdən qaça bilməzsən” dedi. Mənim getməyimə mane oldu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Aydının əynində mayka olub: Aydına belə iş etməməsini dedim. Aydını sakitləşdirdim. Biz yenidən oturaraq yeyib-içməyə davam etdik. Aydın mənə saat 4-də iti gəzdirmək üçün oyatmağımı bildirdi və yatdı. Mən də Aydın yatdıqdan sonra pencəyimi götürərək evi tərk etdim. Parka yaxınlaşanda, cibimdə evin açarının olmadığını gördüm. Bu səbəbdən geri qayıtdım. Evdə Aydını çarpayının üzərində qana bulaşmış maykada uzanaqlı vəziyyətdə olduğunu gördüm və onu səslədim. Aydının cavab vermədiyini gördüm. Onun öldüyünü bilərək, evi tərk edərək öz evimə qayıtdım və evdə yatdım. Səhər tezdən isə polis əməkdaşları gələrək məni polis idarəsinə apardılar”. 

İş üzrə zərərçəkmiş Aydının hüquqi varisi, həyat yoldaşı Səmayənin sözlərinə görə, Aydınla 1985-ci ildə evlənib və münasibətləri həmişə yaxşı olub: “Aydın içki qəbul etsə də, tüfeyli həyat tərzi sürməyib. Ərim şəkər xəstəsi olsa da, dərman qəbul etməyib. Aydın spirtli içki qəbul etdikdən sonra aqressivləşib. Buna görə də mənim üstümə hərdən qışqıraraq söyüb. Buna baxmayaraq, ərim mənə hər zaman yaxşı baxıb və heç vaxt incitməyib. Aydın həyətdə özü üçün yardımçı tikili düzəldərək, vaxtının çox hissəsini orada keçirib”. 

Səmayənin ifadəsinə görə, 2020-ci ilin martından ölənə qədər o, Aydınla tək qalıb: “Ərimin ən yaxın dostu Sadif adlı şəxs olub. Sadif evimizə tez-tez gələrək ərim ilə yuxarıda qeyd olunan tikilidə vaxt keçirib. Sonuncu dəfə Sadif orucluq ayından əvvəl bizim evimizə gəlib. Aydın 7-8 ay əvvəl özünə alman çoban iti almışdı. Hər gün səhər saat 4-5 radələrində iti gəzdirməyə aparıb. Hava qaralandan sonra Aydının yanına gəlmək istədim. Lakin həmin vaxt evə kiminsə gəldiyini eşitdim. Həmin şəxsin kim olduğunu bilməmişəm. Daha sonra Aydınla həmin şəxs paltarlarını geyinərək harasa getdi və 10-15 dəqiqədən sonra evə qayıtdılar. Bir müddət keçdikdən sonra evimizə gələn şəxs getdi. Mən gələn şəxsin kim olduğunu bilmədim və ərim tək olanda az spirtli içki içdiyindən həmin şəxsin getməyinə sevindim.Təxminən yarım saat sonra həmin şəxs qayıtdı və evimizin pəncərəsinin qarşısında hovuzun yanında Aydınla güləşməyə başladı. Bu zaman Aydın da, evə gələn digər şəxs də içkili olublar. Onlardan heç biri ayaq üstə dayana bilməyiblər. Lakin Aydın digər şəxslə müqayisədə daha da ayıq olub. Həmin şəxs Aydına “mənə 50 manat verərsənmi” dedi. Aydın da “ay Oqtay, problem deyil” deyə sonuncuya cavab verdi. Onların ikisi də bir biri ilə qucaqlaşaraq otağa keçdilər. Mən də ərim ilə həmin şəxsin sərxoş olduqlarına görə belə güləşdiklərini, bundan sonra otağa keçib yeyib-içməyə davam edəcəklərini düşündüm. Aydın dalaq xoşladığı üçün ona yemək bişirib hazırladım.Təxminən gecə saat 1-2 radələrində yatmağa getdim. Yatdığım zaman qəflətən darvazanın səsini eşidərək ib oyandım. Telefona baxarkən həmin vaxt saat 04:05 olduğumu gördüm. Evimizə gələn şəxsin bu qədər çox qalmasına təəcübləndim. Lakin Aydının onu yola salıb yatacağını düşünərək yenidən yatdım. Səhər saat 06.00-da oyandım. Tikiliyə keçərək Aydını oyatmaq istədim. Həmin vaxt Aydın arxası üstə əlləri açıq vəziyyətdə yatağının üzərində qan içində uzamaqlı vəziyyətdə olub. Aydının əynində qana bulaşmış ağ qısaqol köynək, əynində alt paltarı olmayıb. Aydını ayıltmaq istəsəm belə, sonradan onun öldürüldüyünü başa düşdüm. Bundan sonra digər evə gedərək ev telefonu vasitəsilə qayınanama zəng vurdum və Aydının öldürdüyünü dedim. Daha sonra otağa qayıtdım və həmin vaxt oğlum zəng vuraraq məndən təcili yardımı çağırıb-çağırmadığımı soruşdu. Bundan sonra təcili yardımın gələcəyini bildiyim üçün otağa keçdim və Aydının alt paltarını geyindirdim, boşqabları yığışdırdım. Bundan başqa mən otaqda heç nəyə əl vurmadım. Daha sonra təcili yardım və oğlum gəldi. Aydının həmcinsləri ilə münasibətində olduğuna qəti şəkildə inanmamışam”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Oqtay 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
Mənbələr
Şərh ()
Bağla