AZ

ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"

"Bu, ABŞ tərəfindən açıq şəkildə sadizmin təzahürü, rəzillik və namərdlikdir..."
 
ABŞ-ın Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bankın nümayəndələrinə vaxtında vizalar verməməsi səbəbindən Vaşinqtonda BRIKS ölkələrinin görüşünü "pozub".
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" informasiya agentliyinə müsahibəsində Beynəlxalq Valyuta Fondunun Rusiyadan olan icraçı direktoru Aleksey Mojin məlumat verib. Məlumatı "iz.ru" nəşri yayıb.
 
Rusiya idarələrinin rəhbərləri Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının yaz görüşlərində iştirak etməli, sonra isə  BRIKS ölkələrindən öz həmkarları ilə danışıqlar aparmağı planlaşdırıb.
 
Lakin, Mojinin sözlərinə görə, giriş sənədlərini yalnız Rusiya Bankının kiçik əməkdaşları alıb, Maliyyə Nazirliyinin nümayəndələrinə isə Amerikanın Moskva səfirliyi vasitəsilə məlumat verilib ki, onlar vizaları yalnız konfransın keçirildiyi gün ala bilər.
 
"Vizalar veriləndə daha lazım olmayıb. Bu, rəzillik və namərdlikdir. Mən bizim qəddar düşmənlərimizə qarşı Rusiyada bu cür davranış sərgilənə biləcəyini təsəvvür etmirəm. Bu, bir mədəniyyət məsələsidir, biz, sadəcə, fərqliyik", - Mojin deyib.
 
O, əlavə edib ki, vizaların verilməsinə belə münasibəti ABŞ tərəfindən "açıq şəkildə sadizm"in təzahürü hesab edir.
 
Bu, Rusiya nümayəndə heyətinə ABŞ tərəfindən vizaların verilməsindən imtina edilməsi və ya son məqamadək sənədlərin rəsmiləşdirilməsində ləngidilməsinin ilk halı deyil.
 
Aprelin sonunda ABŞ Rusiya nümayəndəsinə Nyu-Yorkda BMT Baş Assambleyasının informasiya üzrə komitəsinin iclasında iştirak etməsi üçün viza verməyib.
 
Ötən ilin oktyabr ayında rusiyalı diplomatlara Nyu-Yorkda BMT-nin mənzil-qərargahında "nüvə beşliyi"nin məsləhətləşmələrində iştirakı üçün vizalar verilməyib.
 
2023-cü ilin aprelində Rusiyanın XİN rəhbəri Sergey Lavrovun başçılığı ilə nümayəndə heyəti Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməsi üçün vizalar yalnız səfərdən bir həftə əvvəl verilib.
Seçilən
70
14
Mənbələr
Şərh ()
Bağla