AZ

Yeni qarşıdurma: Belarusla sərhəddə Polşa əsgərləri hücuma məruz qalır

Yeni

Polşa əsgərləri Belarusla sərhəddə iki dəfə hücuma məruz qalıb.

Reyting.az
xəbər verir ki, mayın 1-də sərhəd zabiti daşla vurulub və ona tibbi müdaxilə tələb olunub. Başqa bir hadisədə isə əsgəri daşla vurublar.

Eyni zamanda, həmin gün Polşaya qanunsuz daxil olmaq üçün 113 cəhd qeydə alınıb.

Çərşənbə axşamı qeyri-qanuni miqrasiya ilə bağlı 147, bazar ertəsi isə 209 hadisə baş verib. Sərhəddi qeyri-qanuni keçmək istəyənlərə kömək edənlər də Polşa təhlükəsizlik xidmətlərinin əlinə keçib. Ermənistandan üç qanunsuz mühaciri Ukrayna vətəndaşı, daha 6 nəfəri isə Polşa vətəndaşı aparıb.

Son üç gün ərzində bir neçə dəfə Polşa Sərhəd Mühafizəsi tibbi yardıma ehtiyacı olan əcnəbilərə yardım edib. Xəstəxanaya ümumilikdə 10 əcnəbi aparılıb. Departamentin açıqlamasında deyilir ki, yardım alanlar arasında İrandan olan hamilə qadın da var.

2024-cü ilin aprel ayında Sərhəd Mühafizəsinin Podlaskie bölməsinin mühafizə etdiyi ərazidə Polşa-Belarus sərhədini qanunsuz keçməyə 5300-dən çox cəhd qeydə alınıb.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla