AZ

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Martinq

Bakı, 2 may, AZƏRTAC

Azərbaycanla 15 ilə yaxın dostluğumuz var. Azərbaycan dünyanın bir çox ölkələrindən nümayəndələrin qatıldıqları Mədəniyyətlərarası Dialoq Forumunu yüksək səviyyədə təşkil edib. Bu Forumda mədəniyyət, təhsil, din və digər mövzulara toxunuldu. Forum müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ABŞ-dan olan iştirakçısı Martinq Kruminq səsləndirib.

Azərbaycanla xüsusi münasibətlərinin mövcud olduğunu bildirən Martinq Kruminq deyib: “2008-ci ildə Azərbaycandan San-Dieqo şəhərinə müəllim heyəti gəlmişdi və biz həmin vaxt ölkəniz haqqında o qədər də məlumatlı deyildik. O vaxt biz Vaşinqtondakı səfirə müraciət edərək Azərbaycanla təhsil və mədəniyyət sahələrində əməkdaşlıq etmək istədiyimizi bildirdik. Biz indiyədək Azərbaycanla 50 layihə üzrə birgə əməkdaşlıq etmişik”.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla