AZ

Gədəbəydə bələdiyyəyə məxsus torpaqlar zəbt edilib - İDDİA və RƏSMİ CAVABVİDEO

Gədəbəy rayonu, Novosaratovka kənd bələdiyyəsinin razılığı ilə otlaq sahələrinin təyinatı dəyişdirilərək əkin sahələrinə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, Novosaratovka  kəndinin sakinləri bu cür iddia səsləndirirlər.

Sakinlər iddiasına görə, 25 hektar otlaq ərazilər kənd bələdiyyəsi rəhbərliyinin qohumları və digər vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilib. Hazırda ərazilərə kartof və taxıl əkilib. Kənd sakinləri isə heyvanları dağlıq ərazilərdə otarırlar.

İddialara cavab almaq üçün Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyeva ilə əlaqə saxladıq.

O, “Xəzər Xəbər”ə bildirib ki, torpaqlar onun xəbəri olmadan zəbt edilib. Bununla bağlı həmin vətəndaşlar haqqında aidiyyəti qurumlara, hüquq - mühafizə orqanlarına  rəsmi müraciət edilib.

DİN-in regional qrupundan da təsdiqlədilər ki, məsələ ilə bağlı Gədəbəy rayon polis şöbəsinə müvafiq bələdiyyə tərəfindən müraciət daxil olub. Hazırda rayon polis şöbəsində araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla