AZ

Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir

Macarıstan xarici işlər naziri Peters Siyarto Fransa Prezidenti Emmanuel Makronun Qərbin Ukraynaya ordu göndərməsi ehtimalını təhlükəli hesab edir.

APA xəbər verir ki, bu barədə Macarıstanın XİN rəhbəri LCI-yə müsahibəsində danışıb.

"Avropa və ya Amerika əsgərləri Ukrayna torpaqlarına ayaq bassalar, bu, NATO daxilində “qırmızı xətti” keçdiyimiz anlamına gələcək. Əgər NATO üzvü olan dövlət Ukraynaya əsgər göndərirsə, bu o deməkdir ki, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma olacaq. Bu, Üçüncü Dünya müharibəsi deməkdir”, - Siyarto deyib.

O, həmçinin Ukrayna münaqişəsində nüvə silahının mümkün istifadəsindən narahatlığını ifadə edib. “Prezidentiniz (Fransa Prezidenti Emmanuel Makron-red.) nüvə potensialının quraşdırılmasından danışdı (Avropada - red.) Qonşularımızdan bəziləri amerikalılardan öz ərazilərində nüvə silahı yerləşdirməyi xahiş ediblər. Biz çox yaxşı bilirik ki, bu və ya digər tərəf nüvə silahından istifadə etmək qərarına gəlsə, bu, dünyanın sonu olacaq", - Peter Siyarto xəbərdarlıq edib.

XİN rəhbəri deyib ki, Macarıstan bütün bu bəyanatlarla "müharibənin sürət qazanmasından" ehtiyat edir. Siyartonun sözlərinə görə, Qərb "əsgərləri göndərmək və ya nüvə silahından istifadə etmək haqqında" fikirləşməkdən, hətta "yeni silah ixracı"ndan danışmaqdansa, "bu müharibəyə son qoymalıdır".

“Atəşkəs elan edilməli və sülh danışıqlarına başlanmalıdır”, - Siyarto israr edib və əlavə edib ki, “bu, yeni bir fəlakətdən qaçmağın yeganə yoludur”.

Xatırladaq ki, Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına səs verməkdə tərəddüd edib. Macarıstan daha əvvəl Aİ-nin Kiyevə 50 milyard avroluq yeni yardımına da veto qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
Mənbələr
Şərh ()
Bağla