Respublika üzrə əkin sahələri 1662,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkin sahəsi 1624,0 min hektar olmaqla 2021-ci ilə nisbətən 20,5 min hektar az olub.

Bu barədə Hesablama Palatasının “Dövlət auditi jurnalı”nda bildirilib.

Qeyd edilib ki, əkin sahələrinin becərilməsinə görə, dövlət büdcəsinin vəsaiti hesabına verilmiş əkin subsidiyasının məbləği 2022-ci ildə 246558,4 min manat olmaqla 2021-ci illə müqayisədə 4,6% azalıb. Azalma əsasən, 2022-ci ildə buğda əkin sahəsi üçün verilən subsidiyanın məbləğinin əvvəlki illə müqayisədə 8117,2 min manat azalması, eləcə də əvvəlki 2 ildən fərqli olaraq pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsi ilə bağlı olub.

APA

Oxundu: 136