“Charles Schwab” investisiya platforması tərəfindən aparılan sorğunun nəticəsinə görə, ABŞ-da zəngin sayılmaq üçün 2,2 milyon dollar sərvətə sahib olmaq lazımdır.

Bununla belə, sorğu iştirakçılarının 48%-i 560 000 dollar sərvətlərinin olmasına baxmayaraq, özlərini artıq varlı hiss etdiklərini bildiriblər.

Sorğuda iştirak edənlərin 1000 nəfəri sağlamlıq və ailə kimi qeyri-maliyyə aktivlərini böyük sərvətdən daha vacib hesab ediblər.

Hər on iştirakçıdan yeddisi isə var-dövlətin puldan narahat olmamaqdan ibarət olduğunu bildirib.

“Charles Schwab”ın direktoru Conatan Kreyq bildirib ki, bugünki amerikalılar zənginlərlə ayaqlaşmaqdan bir o qədər də narahat deyillər və daha az pula sahib olaraq belə, xoşbəxt ola biləcəklərini başa düşürlər.

Amerikalıların 62 %-i öz yaxınları sağlam münasibətdən zövq almağı çoxlu pula malik olmaqdan daha üstün hesab edirlər.

Sorğunun mübahisəli nəticələrinə baxmayaraq, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da inflyasiyanı və iqtisadi qeyri-müəyyənlik stehlakçıları narahat edən əsas problem olaraq qalır.

Rusiya və Ukrayna arasındakı müharibə, tədarük zənciri böhranı və artan yaşayış xərcləri daha da kəskinləşən qlobal iqtisadi qeyri-müəyyənlik ötən ilin iyununda  ABŞ-da inflyasiyanın 9,1%-lə son 40 ilin ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub.

Oxundu: 234