AZ

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Tayeb

Bakı, 2 may, AZƏRTAC

Dünyada baş verən hadisələri nəzərə alsaq, bu Forum çox yerinə düşən tədbirdir. Hazırda dünyada cəmiyyətlər arasında, eləcə də cəmiyyətlər daxilində bir çox məsələlər - gərginliklər, bölünmələr mövcuddur. Düşünürəm ki, bu platforma bir araya gələrək hamı üçün sülh və təhlükəsizliyin əldə olunmasının mümkün yolları barədə fikir yürütmək və müzakirələr aparmaq üçün çox gözəl fürsət yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, avstraliyalı Fethi Ben Tayeb Mansuri deyib.

O diqqətə çatdırıb ki, mədəniyyətlərarası dialoq bu ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir. Həmçinin bu dialoqun uğurlu olması üçün bir çox şərtlər nəzərə alınmalıdır.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla