AZ

Böyük Britaniya oyunçularının demək olar ki, yarısı GTA VI almayacaq

Sorğuda iştirak edən 18 yaşdan yuxarı Böyük Britaniya oyunçularının demək olar ki, yarısı Grand Theft Auto VI 2025-ci ildə satışa çıxarıldıqda almaq niyyətində deyil.

 

Oxu24.com   xəbər  verir   ki, bu barədə Insider-Gaming portalı Statista şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

 

Sorğunun nəticələrinə görə, respondentlərin 49%-i Rockstar Games-in yeni məhsuluna maraq göstərmir - 45%-i kriminal seriyanın altıncı hissəsini almaq istəmədiklərini, digər 4%-i isə hələ qərar vermədiyini bildirib.

Respondentlərin yalnız 41%-i GTA VI almaq arzusunu ifadə edib.

Tədqiqatın nəticələri 2024-cü ilin aprel ayının sonunda dərc edilib, baxmayaraq ki, sorğu 2023-cü ilin noyabrında aparılıb. Eyni zamanda, oyunun ilk nümayişi yalnız dekabr ayında - GTA VI treylerinin buraxılması ilə baş tutdu. Ola bilsin ki, videoya baxdıqdan sonra respondentlərdən bəziləri hələ çıxmamış oyunla bağlı fikirlərini dəyişə bilər.

Grand Theft Auto VI 2025-ci ildə PlayStation 5 və Xbox Series X/S konsolları üçün buraxılacaq açıq dünya döyüş oyunudur. Oyun qondarma Leonidas əyalətində və Vice City şəhərində iki qanqsterin - qız Lucia və onun yoldaşı Ceysonun həyatından bəhs edəcək.

Nigar

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla