AZ

Rəcəb Tayyib Ərdoğan: ''Qərbli rəhbərlərin yürütdüyü ikiüzlü siyasəti yaxından izləyirik''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: ''Qərbli rəhbərlərin Qəzzadakı qətliamla bağlı yürütdüyü ikiüzlü siyasətini yaxından izləyirik''.
Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Demokratlar Birliyinin ''Tutumu inkişaf etdirmək və təhsil''  mövzusunda Prezident İqamətgahında təşkil etdiyi  ''workshop''da çıxış edib.
Rəcəb Tayyib Ərdoğan burada etdiyi çıxışında deyib:
"Xaricdə yaşayan onlarla vətəndaşını irqçi terrora qurban verən bir ölkə olaraq bu mənfur hadisələr qarşısında səssiz qala bilmərik. Təəssüf ki, antisemitizmə qarşı göstərilən həssaslıq islamofobiya və irqçiliyə əsaslanan hücumlar mövzusunda göstərilmir. Bu gün türklərə və müsəlmanlara qarşı nifrətdən qidalanan neonasist terrorizmi xalqımızın can və mal təhlükəsizliyini təhdid edir. Bəzi Avropa ölkələrində ifrat sağçı hərəkatların dövlət tərəfindən dəstəklənməsi Qərb üçün tam bir fəlakət, utanc və qalmaqaldır''.
Türkiyənin İsrailin Qəzzaya hücumlarına qarşı cəsarətli mövqe tutduğunu vurğulayan Ərdoğan deyib:
"İnsan haqları hesabatlarını hazırlayanlar 15 mini uşaq olmaqla 35 min fələstinlinin ölümünü izləyiblər. Son vaxtlar məni və ölkəmizi hədəf alan kampaniyalar artıb. Bu kampaniyaların yalnız bir məqsədi var, o da Türkiyəni susdurmaqdır. Türkiyə yalnız İslamofobiya və ksenofobiya mövzusunda deyil, həm də 7 aydır davam edən Qəzza böhranı məsələsində də cəsarətli mövqe nümayiş etdirdi. İllərdir bizə demokratiya və azadlıq öyrədən Qərb ölkələrinin rəhbərlərinin  ikiüzlü siyasətlərini yaxından izləyirik. Bir ovuc vicdanlı dövlət xadimindən başqa heç bir Qərb liderləri yaşanan vəhşiliklərə  reaksiya vermədilər''.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla