AZ

Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanınarkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayevsaxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regionalqrupundan Trend-ə verilənməlumata görə, sürücü idarə etdiyi “VAZ-21014”” markalı avtomobilləyol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsiverilib.

Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinədair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədəsürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyənolunub.

H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçünrayon məhkəməsinə göndərilib.

Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinintəhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verəbiləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədiləprofilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlətqeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edənsürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıbvə barələrində inzibati protokollar tərtib olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla