AZ

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Klublar

Bakı, 2 may, AZƏRTAC

Mayın 1-də keçirilmiş Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər açıqlanıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Premyer Liqada 2024-2025-ci illər mövsümünün formatı və legioner limiti ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, əvəzedicilər çempionatında növbəti mövsümünün formatı, dövlət tərəfindən futbolun inkişafı ilə bağlı klublara ayrılan vəsaitin meyarları və Premyer Liqada hakimlərin idarəçiliyi müzakirə edilib.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla