AZ

Krunoslav Renduliç: “Sabah”da heç bir təzyiq hiss etmirəm”

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına müsahibə verib.

Arena.az xəbər verir ki, “index.hr” portalına danışan xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasındakı rəqabətdən, “Sabah”a baş məşqçi təyin olunmasından danışıb:

“Azərbaycandakı həyatım yaxşıdır. Bakı insana lazım gələn hər şeyə malik olan Avropa şəhəridir. Futbol şəraiti də yaxşıdır. 10 komandadan 7-8-i çox yaxşı stadiona və şəraitə malikdir. Bizim stadionun 13 minlik tamaşaçı tutumu var və bütün tribunaların üstü örtülüdür. Məşq etdiyimiz ehtiyat meydança da var.

“Sabah”la işbirliyimiz təsadüf nəticəsində alındı. Bəlkə də, elə olmadı. İşsiz olanda həmişə nəsə gözləyirsən. Dostumun sayəsində təsadüfən “Sabah”ın nümayəndələri ilə tanış oldum. Məni görüşə çağırdılar, Bakıya uçdum və tez bir zamanda işbirliyimiz alındı. “Sabah”dakı durum əvvəlki baş məşqçinin gedişindən sonra qeyri-adi idi. O, mövsümün ikinci hissəsində komandadan ayrılmışdı. Onlara məşqçi lazım idi. Bu, əlbəttə ki, heç bir məşqçi üçün ideal vəziyyət deyil.

“Jrinski”də mənimlə birlikdə olan eyni adamları Bakıya da apardım. Bu, köməkçim Saşa Sablyak, fiziki hazırlıq üzrə məşqçimiz Domaqoy Periçdir. Analitik Filip Lekiçin də bir aydan sonra bizə qoşulacağına ümid edirik. Oyunçu heyəti ilə bağlı isə heç bir problem yox idi, əvvəlki məşqçi kollektivi yığa bilib.

Komandada ünsiyyət ingilis dilində aparılır. Bunu bir az daha yaxşı başa düşən və başqaları üçün tərcümə edən oyunçularımız var. Bizim iki tərcüməçimiz var: biri ingilis dilindən, digəri ispan dilindən tərcümə edir. Bu, xüsusilə oyun zamanı verilməsi lazım olan təlimatlar zamanı ideal vəziyyət deyil. Sən nəsə deyirsən, başqası tərcümə edir”.

Krunoslav Renduliç “Sabah”ın ən məşhur futbolçularından olan İshak Belfodildən də söhbət açıb:

“Onun təsirli karyerası var, müstəsna keyfiyyətlərə malikdir və istənilən komandaya kömək edə bilər. Belfodil bizim üçün faydalıdır, ümid edirəm ki, sona qədər belə qalacaq. Onun səviyyəsi hər hərəkətində nəzərə çarpır. Belfodil 5-6 il əvvəlki kimi güclü deyil, amma yenə də çox yaxşı oyunçudur”.

“Qarabağ” çempionatda ayrı dünya kimidir”

Xorvatiyalı mütəxəssis komandasının cari mövsümdəki şanslarını da dəyərləndirib və Azərbaycanın ən güclü klubu “Qarabağ”dan söhbət açıb:

“Mən heç bir təzyiq hiss etmirəm. İşimizdən maksimum nəticə əldə etmək istəyirik. Məqsədimiz ikinci yeri tutmaqdır, çünki bura Avropa Liqasına vəsiqə verir. Yarış bərabər səviyyədə gedir. Ancaq dörd matçdan üçünü səfərdə oynayacağıq.

“Qarabağ” çempionatda ayrı dünya kimidir. Onlar ən yaxşıdır, rəqabətdən də kənardırlar. Amma biz onları məğlub edə bilmişdik. “Qarabağ”la matçda qolla nəticələnən iki zərbə ilə meydanı tərk edirsənsə, demək ki, yaxşı oynamısan. Qalan komandalar onlardan geri qalır. Amma asan oyun yoxdur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22895
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13490
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11332
Helikopterin qalıqları tapılıb
8771
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7931
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6937
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6654
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5151
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4583
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4075
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3797
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3609
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2794
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2063
Azərbaycan nefti ucuzlaşdı
1608
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1594
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1341