AZ

Türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır

Türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır. Alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır.

Bu o deməkdir ki, əgər türk dövlətləri vahid dövlət olsaydı alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı. Bu Türk dünyasının iqtisadi potensialını göstərən əsas faktorlardandır.

Eyni zamanda, Türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 42 milyard dollardır. Bu türk dövlətlərinin ümumi ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Bu isə o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsinin 96,5 faizi digər ölkələrlədir. Bu həm də o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsində hər 100 dolların cəmi 3,5 dolları türk dövlələri ilə xarici ticarətdən formalaşır.

İqtisadi və ticari inteqrasiya üçün potensialın imkanlara çevirlməsi vacibdir. Türk dünyasının güclü iqtisadi bazasının və qarşlıqlı inteqrasiyasının güclənməsi zamanın çağrışıdır.

Millət vəkili Vüqar Bayramov

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla