AZ

Sahibə Qafarova Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq ParlamentarilərKonqresinin baş katibi, senator Sitarə Ayaz ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, görüşdə Azərbaycanda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti və tədbirçərçivəsində keçirilən müzakirələr haqqında fikir mübadiləsiaparılıb. Bakının evsahibliyi ilə tədbirin təşkili, Azərbaycanınmədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfələri yüksəkqiymətləndirilib.

Söhbət zamanı, həmçinin Azərbaycan Milli Məclisi ilə BeynəlxalqParlamentarilər Konqresi arasında əməkdaşlığa dair də müzakirələraparılıb. Azərbaycan parlamentinin təşkilatın fəaliyyətindəyaxından iştirak etdiyi, Milli Məclisin Beynəlxalq ParlamentarilərKonqresinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, AsiyaParlament Assambleyası və Türk Dövlətləri Parlament Assambleyasıilə institusional əməkdaşlığının qurulmasında mühüm rolu qeydedilib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular haqqında dafikir mübadiləsi aparılıb.

Sahibə
Sahibə
Məqalədə:
Seçilən
72
5
Mənbələr
Şərh ()
Bağla