AZ

Deputat "duty free"dən ətir oğurlayıb?

Deputat "duty free"dən ətir oğurlayıb?

İtaliya parlamentinin üzvü Piero Fassino "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir.

Publika.az ölkə mətbuatına istinadən xəbər verir ki, hadisə Romanın "Fiumicino" hava limanında baş verib.

Deputat aprelin 15-də 100 avroluq ətri oğurlayarkən müşahidə kameralarına düşüb. Ancaq o, bunu anlaşılmazlıq adlandırıb.

Deputat ona gələn zəngə görə fikrinin yayındığını və əlləri məşğul olduğu üçün ətri cibinə qoyduğunu bildirib.

Qeyd edək ki, Fassino 2000-ci illərdə xarici ticarət və ədliyyə naziri, 2011-2016-cı illərdə isə Turin meri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla