AZ

Bu forumda maraqlı və aktual mövzulara toxunduq - Adil Kərimli

"Bu forumda maraqlı və aktual mövzulara toxunduq, fikir mübadiləsi apardıq, dünyada gedən prosesləri xarici nümayəndələrlə analiz etdik. Mədəniyyət iqlim problemlərinin aradan qaldırılmasında, mədəni irsin mühafizəsində gələcək nəsillər üçün əhəmiyyətli, dayanıqlı rol oynayır".

Teleqraf.com xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində deyib.

O qeyd edib ki, bu forum dünyaya vacib mesaj ötürür: "Biz demək istəyirik ki, mədəniyyətlərarası dialoqla dünyada çox problemlərin həllinə nail ola bilərik".

İCESCO-nun baş direktoru Səlim M. Əl-Malik forumun uğurla başa çatması münasibəti ilə Azərbaycan hökumətini təbrik edib və bildirib ki, dünya ölkələri həmrəy olub, güclərini birləşdirməlidir.

Qeyd edək ki, forum çərçivəsində 12 panel müzakirə və dörd plenar sessiya keçirilib.

Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib.

Foruma 100-dən çox ölkəni təmsil edən 700 qonaq qatılıb.


Müəllif: Nərmin Muradova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla