AZ

Həzm problemi yaşamamaq üçün bunları edin - Həkimdən TÖVSİYƏ

"Normal həzm üçün yeməyi yaxşıca çeynəmək və yatmazdan iki saat əvvəl heç nə yeməmək lazımdır".

 

Sfera.az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Yekaterina Yanq deyib. Həkim mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırmağın başqa yollarından da danışıb.

 

Y.Yanq ilk növbədə, həddindən artıq yemək vərdişini azaltmaq və mədə-bağırsaq traktının yüklənməsinin qarşısını almaq üçün yeməyi yaxşı çeynəməyi məsləhət görüb. Həkim həmçinin yağlı və zülallı qidalar yeməyi tövsiyə edib.

 

"Düzgün yağlar həzm, sağlam çəki və gözəlliyin qorunmasında mühüm rol oynayır. Yağsız öd kisəsini sıxan xolesistokinin hormonu işləmir",- o vurğulayıb.

 

Həkimin sözlərinə görə, turş qidalar həzm prosesini asanlaşdırır. O buna görə suyu limonlu içməyi də tövsiyə edib. 

 

"Həzm olunmamış qida qalıqları mədə-bağırsaq traktında fermentasiya və çürüməyə səbəb olur. Qidaların yaxşı həzm edilməsi üçün hümkün qədər çox lif - göyərti və tərəvəz yemək, həmçinin pəhrizə ədviyyat və göyərti əlavə etmək lazımdır. Zirə, xardal, zəncəfil və şüyüd zülalın həzminə kömək edir. Sadə karbohidratlar mürəkkəb olanlarla əvəz edilməlidir. Sadə karbohidratlar nazik bağırsaqda bakteriyaların çoxalmasına səbəb olur və şişkinlik yaradır
",- mütəxəssis izah edib.


Yanq deyib ki, yeməkdən sonra uzanmaq olmaz, həzmi stimullaşdırmaq üçün gəzmək daha məqsədəuyğundur.

 

İnci



 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla