AZ

Bu qidalar gənc yaşda infarkt riskini artırır

Böyük Britaniya və Finlandiyadan olan bir qrup elm adamı uşaqlıqda çox yağlı, şirin və yüksək kalorili qidaların qəbulunun gənc yaşda insult və infarkt riskini artırdığını müəyyən edib.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “British Journal of Nutrition” jurnalında dərc olunub.

Mütəxəssislər yeddi yaş və daha yuxarı 4700-dən çox könüllünün qidalanma vərdişlərini və pəhrizini təhlil ediblər. İştirakçılar 17 yaşında olduqdan sonra tədqiqatçılar nəbz dalğasını ölçməklə onların arterial sərtliyini qiymətləndirdilər.

Nəticələr göstərib ki, uşaqlıqda daha çox yağlı, şəkərli və yüksək kalorili qidalar qəbul edən iştirakçılarda daha çox tərəvəz, meyvə, taxıl, balıq və paxlalı bitkilər olanlara nisbətən daha sərt damarlar var.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla