AZ

Məşhur Hollivud ulduzu "Kurtlar Vadisi"də aldığı qonoradan DANIŞDI

Məşhur Hollivud ulduzu Şeron Stoun "TRT World"də qatıldığı proqramda verdiyi açıqlamalarla gündəm olub.

Musavat.com xəbər verir ki, son görünüşü ilə də diqqət çəkən aktrisa əfsanəvi “Kurtlar Vadisi” serialının çəkiliş meydançasında yaşadıqlarından danışıb.

 

Serialın Los-Anceles çəkilişləri zamanı baş rol ifaçısı Necati Şaşmaz (Polat Alemdar), məşhur Hollivud ulduzları Şeron Stoun və Endi Qarsia birlikdə kamera qarşısına keçiblər.

Ş.Stoun onlara yaxşı qonorar ödənildiyini bildirib:

"Bizə çox yaxşı maaş verildi. Endi ilə çəkiliş meydançasına gəldik. Amma çəkiliş meydançasında heç kim ingiliscə danışmırdı. Hamı türkcə, biz isə ingiliscə danışırdıq... Səhnələrdə bizimlə türkcə danışırdılar, biz isə ingiliscə cavab verdik. Nə baş verdiyini başa düşmədik. Səhnənin nə haqqında olduğunu və nə etməli olduğumuzu bilmirdik”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
Mənbələr
Şərh ()
Bağla