AZ

"Tramp açıqlamaları ilə NATO-ya ziyan vurur" - Anton Hofreiter 

"ABŞ prezidentliyinə namizəd Donald Tramp açıqlamaları ilə NATO-nun müdafiə potensialını azaldır". 

 

Sfera.az “Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə Bundestaqın Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter bildirib.

 

“Donald Trampın NATO-ya töhfə vermək üzrə öhdəliklərini tam yerinə yetirməyən Şimali Atlantika müttəfiqlərini qorumaqdan imtina etməsi ilə bağlı bəyanatları alyansın müdafiə potensialını sarsıdır”,- nəşr Hofreiterdən sitat gətirib.

 

O hesab edir ki, ABŞ prezidentliyinə namizədin bəyanatları, guya, Rusiyanı Şimali Atlantika Alyansı ölkələrinə hücuma təhrik edə bilər.

 

Qeyd edək ki, Tramp bir müddət əvvəl hərbi bloka (NATO) daxil olan bütün ölkələrin maddi öhdəliklərini tam ödəməli olduqlarını bildirmişdi.

 

Əzizə

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla